Qarabağa böyük qayıdış prosesi çərçivəsində sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç ünvana çatıb.
Gununsesi.info-nun xəbərinə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, kənddə sakinlərin yaşayışı üçün lazımi infrastruktur yaradılıb, yaşayış məntəqəsi içməli su, elektrik enerjisi, qazla təmin edilib.
Daşbulağa qayıdan sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Daşbulaq kəndinə çatıb.
Gununsesi.info“Report”a istinadən xəbər verir ki, Daşbulaq kəndinə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
“Böyük Qayıdış” Proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun daha bir yaşayış məntəqəsinə, Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilir.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə (67 nəfər) köçürülür.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu, Xocalının Daşbulaq kəndinə ilk köçdür.













