Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb

Böyük Qayıdış planına uyğun olaraq, Xocalı rayonun Seyidbəyli kəndinə ilk dəfə əhalinin köçürülməsi prosesi həyata keçirilir.

Gununsesi.info-nun Qarabağ bürosu xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailə – 31 nəfər köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

 

Gununsesi.info