YAP işçiləri üçün maaşları artırdı, bahalı avtomobillər aldı - ÖZƏL

  • By admin
  • 13 Sentyabr 2022 11:05

Yeni Azərbaycan Partiyası strukturlarında çalışan işçilərin maaşı artırılıb.

Gununsesi.infonun xəbərinə görə, hakim partiyanın rayon-şəhər təşkilatlarının rəhbərləri 3 min manat, partiyanın aşağı strukturlarında çalışanların maaşı isə 1600-2000 manata çatdırılıb.

Bundan başqa hakim partiya mərkəzi aparat rəhbərliyi və rayon-şəhər təşkilatlarının sədrləri üçün yeni avtomobillər alıb.

Məlumata görə, Avropa istehsalı olan avtomobillərin qiyməti 70-80 min manat dəyərindədir.

Afət

Gununsesi.info