“YAŞAT” Fonduna işə qəbul qaydası açıqlanıb

  • By admin
  • 08 Yanvar 2021 13:19
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) işə qəbulun qaydası məlum olub.

Qaydalar Fondun rəsmi portalında yerləşdirilib.

Qeyd olunub ki, Fondun işini təşkil edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti şöbəsinin ştatları dövlət qulluğu vəzifələri hesab olunur. Kadr heyəti dövlət qulluğu sahəsində qanunvericiliyə müvafiq qaydada formalaşdırılır.

Gununsesi.info