Yeni Klinikanın direktor müavini işdən çıxarıldı

  • Müəllif: Firuzə
  • 07 Avqust 2026 21:42
Yeni Klinikanın direktor müavini işdən çıxarılıb.

Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmr əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib.

R.Tağıyev 2024-cü ildə bu vəzifəyə təyinat almışdı.

Qeyd edək ki, Yeni Klinikanın direktoru Zəhra Vəzirovadır. O, bu ilin may ayında adıçəkilən tibb ocağına rəhbər təyin olunub.

Gununsesi.info