Yeniyetmənin axtarışı üçün Arazın suyu azaldıldı

  • Müəllif: Firuzə
  • 08 İyun 2026 22:01

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.

Gununsesi.info  report-a istinadən xəbər verir ki, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Turan Mirişli çaya düşərək batıb. Batan şəxsin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunub, axtarışlar davam etdirilir.

Gununsesi.info