“Yoluxanların sayının artması gözləniliən idi” - EMİN QASIMOV

  • By admin
  • 30 Oktyabr 2020 19:43

“Bu, proqnozlaşdırılan bir məsələlər idi. Yəni bizim araşadırmalarımıza görə, dünyada uyğun mütəxəssislərin araşadırmalarına görə, yaz-yay aylarında koronavirusa yoluxmada artım oldu”.

Gununsesi.info xəbər verir ki, bunu REAL TV-nin efirində reanimataloq Emin Qasımov bildirib. O qeyd edib ki, müxtəlif ölkələrdə müxtəlif vaxtlarda yoluxmada artımlar, eyni zamanda azalmalar müşahidə olundu:

“Bu, ölkələrə görə dəyişir. Payızda isə şimal yarımkürəsində olan ölkələrdə xəstə sayının artacağı praqnozlaşdırılırdı. Çünki hər bir pandemiyann bir müddəti var. Bu, ilyarım və ya iki ildir. Bəşəriyyətdə bu birinci pandemiya deyil. Bu il yarımda dalğalanmanın olması prosesə uyğundur. Payız aylarında şimal yarımkürəsi ölkələrində yolxuamaların sayı artdı.Şimal yarımkürəsinin bir parçası olduğumuz üçün artım gözlənilirdi. Və artımı da biz yaşamaqdayıq, xəstələrimizin sayı artır. Dediyim kimi, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var”.

Həkim bildirib ki, Azərbaycan dövtət dövlət dəstəyi sayəsində buna ciddi hazırlıq görüb: “Yataq saylarımız artırıldı, modul tipli xəstəxanalar istifadəyə verildi. Lazım olan dünyanın inkişaf etmiş ölkələrinin tətbiq etdiyi dərmanlar və ləvazimatlarla təmin olundu. Eləcə də həkimlər olaraq təcrübə toplamışıq. Sistem olaraq daha hazır vəziyyətdəyik. Məsələn, Gürcüstan bir ay necə bu prosesi nəzarət altında aldığını bildirirdi. Bu virus elə bir bəşəriyyətin bəlasıdır ki, gördük ki, onlarda da yenidən artım başladı. Vəziyyət ciddiləşdi, ölüm və xəstə sayı da çoxdu. Hətta mənim hesablamalarıma görə, onlarda ölüm sayı bizi keçəcək”.

 

 

Gununsesi.info