Yunan hərfləri bitəndən sonra mutasiyalar necə adlanacaq?

  • By admin
  • 05 Dekabr 2021 15:27

Hazırda koronavirus mutasiyaları yunan əlifbası ilə sıralanır, hər yeni mutasiya çıxanda növbəti hərfin adından istifadə edilir. Bəs, görəsən yunan hərfləri bitəndən sonra yeni mutasiyalar necə adlanacaq?

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Danışır Moskva” radiosuna açıqlama verən ÜST-nin Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç mutasiyaların yunan hərfləri ilə adlandırılmasının 2021-ci ilin mayından başladığını bildirib.

“Bundan sonra onların necə adlandırılması məsələsinə isə ÜST-nin ekspertlərinin ümumi rəyindən sonra qərar veriləcək”, – deyə o qeyd edib.

Qeyd edilib ki, hazırda ən çox yayılan “delta” və “omikron” ştamlarıdır. Bu 2 hərfin arasında “nyu” və “ksi” hərfləri buraxılıb. Nyu ingiliscə “yeni” mənasını verdiyi üçün istifadə olunmayıb, “ksi” isə çinlilərin Xi soyadına bənzədiyi və anti-Çin təəssüratı yarada biləcəyi üçün mutasiya adı daşımaq şərəfindən məhrum edilib.

Gununsesi.info