Zərdabinin heykəlinin yerinin dəyişdirilsin! - ANAR

  • Müəllif: Firuzə
  • 08 Dekabr 2025 12:39

Xalq yazıçısı Anar İçərişəhərdə Həsən bəy Zərdabinin heykəlinin yerinin dəyişdirilməsini təklif edib.

Gununsesi.info-nun  məlumatına görə, o bu barədə Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

“İçərişəhərdə ensiklopedoiyanın binası yerləşir. O bina ensiklopediya binası olanda onun qarşısında Zərdabinin heykəli qoyulmuşdu. İndi oranın birinci mərtəbəsi restorandır, nəticədə Zərdabinin heykəli doğru görünmür. Mən təklif edirəm ki, o abidənin yeri dəyişdirilsin, bizdə abidənin yerinin dəyişdirilməsi praktikası var”, – Anar bildirib.

O, heykəlin ADPU-nun bağına köçürülməsini təklif edib.

Gununsesi.info