Zaporojye vilayətinə raket zərbələri endirildi

  • By admin
  • 16 Yanvar 2023 09:04

Rusiya Silahlı Qüvvələri Zaporojye şəhəri və şəhərətrafını raket zərbələrinə məruz qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının başçısı Oleksandr Starux Telegram kanalında yazıb.

“Mülki, yaşayış və sənaye infrastrukturu obyektlərində dağıntılar var. Yüngül yaralılar haqqında məlumat daxil olub. Hadisə yerində müvafiq xidmətlər fəaliyyət göstərir”, – vilayət rəhbəri qeyd edib.

Gununsesi.info