Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktiv vasitəçilik səylərini davam etdirir

  • By admin
  • 22 Oktyabr 2020 17:33

Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmağa istiqamətlənən aktiv vasitəçilik səylərini davam etdirir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, oktyabrın 20-21-də Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ayrı-ayrılıqda Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğunu xatırladıb.

“Əvvəlki kimi, həm də ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında çalışırıq. Vasitəçilərin növbəti görüşü sabah Vaşinqtonda planlaşdırılır”, – deyə M. Zaxarova vurğulayıb.

 

 

Gununsesi.info