Zelenski: Hətta işğalçılar da qalib gələcəyimizə inanır

Ukrayna Prezidenti Vladimir Zelenski birlik və həmrəyliyin, müharibədə qalib gəlmək üçün çalışmağın ən vacib şey olduğunu vurğulayaraq, “İşğalçılar belə qalib gələcəyimizi qəbul edirlər” dedi.

Zelenski deyib: “İndi birliyi qorumaq, qələbə üçün birgə çalışmaq hamımızın yerinə yetirməli olduğu ən mühüm milli borcdur. Buna şübhə edən yoxdur. Sadəcə buna necə nail olmaq barədə mübahisə edənlər var. Bu, təkcə bizim öz inancımıza deyil, Ukraynaya olan inamın əlamətidir. Hətta işğalçılar da etiraf edirlər ki, biz qalib gələcəyik. Bunu söhbətlərində, sevdikləri ilə ünsiyyətdə olanda eşidirik. Ona görə də biz 5 ay ərzində hər gün olduğu kimi sürətimizi azaltmırıq və hər şeyi edirik ki, düşmənə mümkün qədər böyük itkilər verək və Ukraynaya mümkün qədər çox dəstək toplayaq.

Gununsesi.info