Zelenski: “Müharibəyə son qoymağa yalnız Tramp qadirdir”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi sülhə nail olmaq üçün istənilən formatda danışıqlara hazırdır və müharibəyə son qoymaq gücünə yalnız ABŞ Prezidenti Donald Trampın sahib olduğunu düşünür.

Zelenskini sözlərinə görə, Ukrayna ilin əvvəlindən Trampın müharibəni dayandırmağa yönəlmiş bütün təşəbbüslərini dəstəkləyir.

Dövlət başçısı əlavə edib ki, Ankarada keçirilən görüş zamanı Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif danışıqlar formatları təklif edib və Kiyev Türkiyənin bu proses üçün platforma təqdim etməsini yüksək qiymətləndirir.

 

Firuzə

Gununsesi.info