Əli Mirəliyev nikahdan kənar oğlundan danışdı – VİDEO

  • By admin
  • 18 May 2021 14:50

Müğənni Əli Mirəliyev “Onun sirri” verilişində İsraildə nikahdan kənar oğlu olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, müğənni oğlu ilə heç bir əlaqəsi olmadığını deyib.

“1992-ci il idi, ailəli idim. Oturub qəhvə içirik, uşaq oynayırdı. Baxdı, dedi ki, sənin oğlundur. Uşaq bir dəqiqə dayanmır, qaynayırdı. Elə bil, öz uşaqlığım idi. Oğluma atalıq etməmişəm. Yalandan deməyim, oğlumu görmək istəyirəm. Adam əziyyət çəkəndə istəyər. Ona həyat vermişəm, əziyyətini anası çəkib. Qadın mənim fanatım idi, çox şirin qadın idi. Əri ilə Bakıda işləyirdilər. Sonra ərini öldürmüşdülər”.

Gununsesi.info