Ərdoğan Fulya Öztürklə görüşdü: Tərtərdən danışdılar - VİDEO

  • By admin
  • 19 Oktyabr 2022 13:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” televiziyasının əməkdaşı, ikinci Qarabağ savaşı sırasında cəbhədən hazırladığı reporatlarla Azərbaycan tamaşaçısının rəğbətini qazanan Fulya Öztürklə Çankayada görüşüb.

Gununsesi.info xəbər verir ki, Prezident Ərdoğanla jurnalist Fulya Öztürk arasında qısa dialoq olub. Türkiyə Prezidenti “CNN Türk”ün jurnalistindən Qarabağ savaşında reportyor kimi ezam olunub-olunmadığını soruşub.

Fulya Öztürk də öz növbəsində 44 günlük Vətən Müharibəsində ön və arxa cəbhədən reportajlar hazırladığını dilə gətirib.

F. Öztürk Azərbaycanın Tərtər və Gəncə bölgəsində ermənilərin mülki əhalini gecə yarısı atəşə tutduğunu və prosesləri operativ şəkildə bütün dünyaya çatdırdıqlarını vurğulayıb.

Məlumata görə, Fülya Öztürk daha sonra “Tərtərdəki insanlar qorxmurdular, yerlərindən tərpənmədilər. Onlar əsl qəhrəmandır” ifadələrini işlədib.

Gununsesi.info