114 avtobuslarında təhlükəli hallar yaşanır – sərnişinlər narazıdır

Son vaxtlar 114B nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı sərnişin şikayətləri artıb.

Gununsesi.info-ya müraciət edən sərnişinlər avtobuslarda tez-tez təhlükəli vəziyyətlərin yarandığını bildiriblər.

Sərnişinlərin sözlərinə görə, marşrut üzrə hərəkət edən bəzi avtobuslarda nasazlıqlar var:

“Bəzən avtobuslar qəfil tüstüləyir. Dəfələrlə bunun şahidi olmuşuq. Hətta bir dəfə belə hal baş verəndə hadisə zamanı sərnişinlər arasında təşviş yaranıb, bir qadın yıxılıb, avtobusun içərisindəki dəmir hissələrdən biri sınıb. Sürücü isə avtobusu çətinliklə saxlayıb”.

Sərnişinlər qeyd edirlər ki, təxminən iki ay əvvəl də həmin marşrut avtobuslarından birində oxşar hadisə baş verib.

Onlar avtobusdan yanıq iyi gəldiyini hiss etdiyini və bu barədə sürücüyə məlumat verdiyini bildirib.

 

Şəbnəm

Gununsesi.info