“Port Baku” yaxınlığında metro tikiləcək

  • Müəllif: Firuzə
  • 25 Sentyabr 2025 11:15

“Port Baku” kimi məşhur olan ərazidə metro stansiyasının inşası nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında “yaşıl xətt”ə daha bir keçid imkanı yaradılacaq:

“Babək prospekti üzərində şəhər istiqamətində ilk nəhəng stansiyamız inşa olunacaq. Bu isə o deməkdir ki, sıx hərəkət olan prospekt boyunca da insanlara daha rahat şərait yaradılacaq”.

 

Gununsesi.info