Zelenski: Ukrayna tərəfdaşlarla sülh planı üzərində işləməyə davam edəcək

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Kiyevdən güzəştlər tələb edən plan təqdim etməsindən sonra bildirib ki, Ukrayna tərəfdaşları, xüsusilə də ABŞ ilə Ukraynanı gücləndirəcək, lakin zəiflətməyəcək kompromislər üzərində işləməyi davam etdirir.

Gununsesi.info xəbər verir ki, Zelenski bu fikirləri İsveçdən videobağlantı vasitəsilə səsləndirib.

Bazar günü Ukrayna və ABŞ Cenevrədə keçirilən danışıqlardan sonra birgə bəyanat yayaraq “təkmilləşdirilmiş sülh çərçivəsi” üzərində çalışdıqlarını açıqlasalar da, detallar açıqlanmayıb.

Zelenski Rusiyanın müharibəyə görə maliyyə ödənişi etməli olduğunu və dondurulmuş Rusiya aktivlərindən istifadə qərarının vacibliyini vurğulayıb.

“Hazırda biz kritik bir andayıq. Mətbuatda səs-küy çoxdur, siyasi təzyiq artır və qəbul ediləcək qərarların məsuliyyəti daha böyüyüb”, – deyə o bildirib.

Firuzə

Gununsesi.info