DSMF-nin gəlirləri 2,2 dəfə artıb

  • Müəllif: Firuzə
  • 13 Yanvar 2026 21:57

2018-2026-cı illər ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2,2 dəfə artıb.

Gununsesi.info  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “AzTV”yə açıqlamasında deyib.

Bildirilib ki, artım 3,7 milyard manatdan 8,3 milyard manata qədər olub. 7 il ərzində xərclərdə də artım müşahidə edilib. Belə ki, xərclər 3,7 milyard manatdan 8,4 milyard manata qədər artıb.

Gununsesi.info