Naxçıvanda türk tələbələr dəm qazından boğulub öldü

  • Müəllif: Firuzə
  • 14 Yanvar 2026 22:42

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.

Gununsesi.info  Nuhçıxan-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info