36 yaşlı kişi dəm qazından boğularaq ölüb

  • Müəllif: Firuzə
  • 21 Yanvar 2026 09:16

Bakıda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

1993-cü il təvəllüdlü Bədəl Əzimov yaşadığı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info