Restoran sferasında bəzi qayda-qanunlar insanlar arasında narazılıq da yarada bilir.
Məsələn, buraya əlavə servis haqqının tutulması aiddir.
Fəqət bundan başqa məsələlər də var.
Bunlardan biri də restorana daxil olan müştəriyə harada oturmağı ilə bağlı göstərişin verilməsidir.
Belə ki, müştəri təkdirsə və dörd nəfər üçün nəzərdə tutulmuş masada əyləşirsə, buna icazə olmadığı deyilir.
Bəs görəsən, bu, doğrudurmu?
Hansı tərəf haqlıdır?
Bu barədə Gununsesi.info-nun sualını turizm üzrə ekspert Kənan Hənəfiyev cavab verib.
O bildirib ki, restoran və bu səpkidə olan iaşə obyektləri xidmət sahəsinə aiddir. Son dövrlər paytaxtımızda çoxlu iaşə obyektləri, müxtəlif mətbəxə xitab olan restoranlar həmçinin fərqli formatlarda olan istirahət mərkəzləri restopublar və kofeşopların sayı geniş olması həm yerli əhali üçün, həm də xaricdən gələn turistlər üçün yaxşıdır:
“Restoranların fərqli olması onların idarəetməsi menecmentindən, həmçinin restoranın konseptindən asılı olur. Restoranlar ailəvi konseptindən tutmuş, geyimə, özəl gün tədbirlərinə, depozit məbləğlərin təyini və fərqli formatlarda daxili qayda-qanunları mövcuddur. Əlbəttə ki, bu restoranlara qonaq gələn hər bir müştəriyə öncədən bilgi verilməlidir daxili qaydalarına görə. Bu qaydalar əsasən restoranların hansı müştəri seqmentinə xidmət edəcəyini bildiyi üçün müəyyən qaydalar yaradaraq öz xidmətlərinin konseptini qururlar. Məsələn, əgər servis haqqı varsa, əvvəlcədən müştəriyə məlumat verilməlidir. Hal-hazırda tək ölkəmizdə yox, müxtəlif orta yüksək kateqoriyada olan restoranlarda servis haqqı tətbiq edilir. Həmin qarsonlar da xidmət etdiyi masanı xüsusi diqqət və nəzarətdə saxlayır. Əsasən fast-food və ya kofeşoplarda tətbiq edilən servis haqqını məqbul saymıram. Ekspress xidmət göstərilən yerdə servis haqqı könüllü şəkildə müştərinin ixtiyarında olur”,- deyə qeyd edib.
Ekspert, həmçinin deyib:
“Müştəri restoran xidmətindən istifadə edəcəksə, daha yaxşı olar öncədən reservasiya etsin. Bu, həm restoran üçün rahat olur, həm də qonağın konfortunu təmin edir. Qonaq yolüstü və planlamamış şəkildə hər hansı xidmətdən istifadə də edə bilər. Ancaq bu an artıq məsul şəxslər hörmətli şəkildə gələn qonaq üçün mövcüd olan masaları təqdim edə bilər. Qonaq neçə nəfər olacağı barəsində bilgi almalıdır ki, ona uyğun masa təmin edə bilsin. Əgər bir nəfər ixtiyarı bir iaşə obyektinə gələrək 4-6 masalıq masada özü üçün yer edirsə, bu, həm estetik tərəfdən düz deyil, həm də restoranın digər çoxsaylı qonaq qəbul etməyinə maneə törədir. Bunun üçün müştəri sayına uyğun olaraq tövsiyə edilən masalara restoran nümayəndələri köməklik edirlər.
Əlbəttə, burda da müştəri istəyinə uyğun olaraq təklif olunan yeri bəyənməyə də bilər. Hər bir detal etik şəkildə müştəri və xidmət sahəsinin əməkdaşı ilə kompromis edilə bilər”.
Orxan
Gununsesi.info












