İtkin düşən 10 nəfər tapıldı - Rəsmi

  • Müəllif: Firuzə
  • 01 Aprel 2026 21:23

Azərbaycanda itkin düşən 10 nəfər polis əməkdaşları tərəfindən tapılıb.

Bu barədə Gununsesi.info -ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, martın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info