Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq

  • Müəllif: Firuzə
  • 14 Aprel 2026 09:42

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-ü, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Mərasimin ardınca isə İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, görkəmli baletmeyster bu gün 97 yaşında vəfat edib.

Gununsesi.info