Bakıda parkda meyiti tapılan şəxsin kimliyi bəlli oldu

  • By Admin2
  • 25 Aprel 2026 10:42

Aprelin 23-ü gecə saat 02 radələrində Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki parkda meyiti tapılan şəxsin kimliyi məlum olub.

Gununsesi.info xəbər verir ki, ölən şəxsin İsmayıllı rayon sakini 1969-cu il təvəllüdlü Qalib Vahidov olması müəyyənləşib.

Onun evsiz olduğu və parkda xəstəlik səbəbindən öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info