Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Gununsesi.info xəbər verir ki, təbrikdə deyilir:
“Cənab Prezident, əziz İlham.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.
Bu baxımdan, bu il 10 illiyini qeyd edən Fransız-Azərbaycan Universiteti ilə bağlı əməkdaşlığımızın nümunəvi xarakterini xüsusi vurğulamaq istəyirəm.
Ümid edirəm ki, tərəfdaşlıq ruhunda ikitərəfli münasibətlərimizin inkişafına mane olan son çətinliklərin öhdəsindən gələ biləcəyik.
Həmçinin fürsətdən istifadə edərək, regionun bütün xalqlarının rifahı naminə yeni bir səhifə açmağa imkan verəcək Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın tam dəstəyini bir daha vurğulamaq istərdim.
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.












