ABŞ-İran memorandumunun surətini paylaşdı - Fotolar

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə memorandumu tarixi sənəd adlandırıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

“Bu, tarixi bir sənəd və qüdrətli İrandan bir mesajdır: Sülh qarşılıqlı hörmət əsasında gerçəkləşəcək”, – İran Prezidentinin paylaşımında deyilir.

Pezeşkian ölkəsinin hər zaman qlobal sülh ideyasına sadiq olduğunu, eyni zamanda öz ləyaqətini və müstəqilliyini qoruyaraq, tərəqqiyə və regional əməkdaşlığa can atdığını əlavə edib.

O həmçinin özünün, ABŞ Prezidenti Donald Trampın və vasitəçi qismində Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladığı sənədin surətini paylaşıb.