Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran lideri Məsud Pezeşkian arasında telefon danışığı olub.
Gununsesi.info xəbər veirr ki, bu haqda “TRT Haber” məlumat yayıb.
Prezident Ərdoğan telefon danışığı zamanı İran və ABŞ arasında əldə olunan razılaşmadan məmnunluğunu ifadə edərək, Türkiyənin prosesin sülh yolu ilə başa çatması üçün hər cür dəstəyi verəcəyini bildirib və danışıqları sabotaj etmək istəyənlərə qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulayıb.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə İranla ticarət, maliyyə və enerji əməkdaşlığını genişləndirmək üçün addımlar atmağa davam edəcək.












