Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü

  • Müəllif: Firuzə
  • 30 İyun 2026 20:44

Pakistanın Lahor vilayətində yerləşən təhsil mərkəzlərindən birinin damı uçub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 14 uşaq həyatını itirib.

Rəsmi qurumlar qəza zamanı 19 uşağın yaralandığını, onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu və təcili tibbi yardım briqadası cəlb olunub.

Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Hadisə ilə bağlı iki nəfər həbs edilib.

Gununsesi.info