MDU-da bir ilk: bakalavr təhsili artıq ingilis dilində olacaq

  • Müəllif: Orxan
  • 13 Avqust 2026 10:28

Mingəçevir Dövlət Universitetində ilk dəfə bakalavriat səviyyəsində ingilis dilində təhsil başlayır.

Gununsesi.info xəbər verir ki, 2026/2027-ci tədris ilindən abituriyentlər “Kompüter elmləri” və “Turizm işinin təşkili” ixtisasları üzrə ingilis dilində təhsil ala biləcəklər.

Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri, mətbuat katibi Firuzə İskəndərova bildirib ki, bu yenilik universitetin beynəlxalqlaşma istiqamətində atdığı mühüm addımlardan biridir.

Onun sözlərinə görə, ingilisdilli təhsilin tətbiqi tələbələrə beynəlxalq akademik resurslardan istifadə, xarici tərəfdaşlarla əlaqələrin qurulması və qlobal əmək bazarına hazırlıq baxımından yeni imkanlar yaradacaq.

“MDU-da ilk dəfə belə bir imkanın yaradılması universitetin inkişaf strategiyasında mühüm mərhələdir. Məqsədimiz tələbələr üçün beynəlxalq standartlara uyğun təhsil imkanlarını daha da genişləndirməkdir”, – deyə Firuzə İskəndərova qeyd edib.

Gununsesi.info