Parfumeriya mağazasında vətəndaşa qarşı münasibət narazılıq yaradı

Vətəndaş Arzum mağazasının Metropark filialından narazıdır.

Gununsesi.info  xəbər verir ki, vətəndaş bu barədə “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, mağazada çalışan mühafizəçi və ya məhsullara nəzarət edən əməkdaş ona oğurluq etmiş şəxs kimi davranıb. Vətəndaş iddia edir ki, heç bir məhsul götürmədiyi halda mağazadan kənara çağırılıb və ona qarşı təhqiramiz münasibət göstərilib.

Vətəndaş məsələ ilə bağlı mağaza rəhbərliyindən açıqlama gözlədiyini bildirib.

 

Günay

Gununsesi.info