Ermənistanda yol qəzaları - 114 ölüm

  • Müəllif: Orxan
  • 15 Avqust 2026 13:57

Ermənistanda ilin ilk 6 ayında 2 151 yol-nəqliyyat hadisəsi qeydə alınıb, qəzalar nəticəsində 114 nəfər ölüb, 3 127 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlarda bildirilib.

Məlumata görə, ölənlər arasında 23 qadın və 7 uşaq da var. Yaralananların 409-nu isə uşaqlar təşkil edib.

Ən çox yol-nəqliyyat hadisəsi İrəvanda qeydə alınıb. Paytaxtda 847 qəza baş verib.

Ən az qəza isə Vayots Dzor vilayətində qeydə alınıb. Burada 35 yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info