Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti adlandırıb

  • Müəllif: Firuzə
  • 28 Avqust 2026 09:28

ABŞ Prezidenti Donald Tramp ölkə liderlərinin öz versiyasına uyğun reytinqini hazırlayaraq özünü siyahıda ayrıca “Ən böyük” kateqoriyasına daxil edib.

Gununsesi.info xəbər verir ki, Tramp müvafiq siyahını “Truth Social” sosial şəbəkəsində paylaşıb.

ABŞ lideri “Böyük prezidentlər” sırasına Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonu daxil edib.

Tramp ABŞ-nin keçmiş prezidentləri Co Bayden və Barak Obamanı isə “ən pis” dövlət başçıları sırasında göstərib.

Onun tərtib etdiyi siyahıda Uliss Qrant, Uorren Hardinq və Cimmi Karter də “ən pis” prezidentlər kateqoriyasına daxil edilib.

Gununsesi.info