İş adamı Mübariz Mənsimov Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevlə bağlı paylaşım edib.
Gununsesi.info-nun xəbərinə görə, Mənsimov bildirib ki, Azərbaycanın hüdudlarından kənarda Vətəni qürurla təmsil edən hər bir azərbaycanlı onun üçün dəyərlidir.
O, bayrağımızı ucaldan, himnimizi səsləndirən və ölkəyə qürur yaşadan həmvətənləri ilə fəxr etdiyini vurğulayıb.
Paylaşımında Tofiq Musayevə xüsusi yer ayıran Mənsimov onun həm Qarabağda Vətən uğrunda döyüşdüyünü, həm də döyüş meydanından kənarda Azərbaycanı layiqincə təmsil etdiyini qeyd edib.
“Hər zaman zirvələrdə ol, Tofiq! Bayrağımızı daim ucalarda dalğalandır ki, biz də baxıb qürurlanaq! Yolun daim açıq, zəfərlərin bol olsun!” – deyə Mənsimov yazıb.
Elmar












