Türkiyə XİN Bakının azadlığının 108-ci ildönümü münasibətilə paylaşım edib

  • Müəllif: Firuzə
  • 15 Sentyabr 2026 11:32

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.

Gununsesi.info  xəbər verir ki,  bu barədə nazirliyin “X” hesabında paylaşılıb.

“Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edir, müstəqillik uğrunda canlarını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”, – paylaşımda qeyd edilib.

Gununsesi.info