“Gün ərzində təxminən 2 saat idmanla məşğul oluram. Həftənin üç günü məşqlərim olur”.
Gununsesi.info bildirir ki, bu fikirləri xalq artisti Nazpəri Dostəliyeva “Qonaqcanlı” verilişində deyib.
“Artıq idman mənim üçün sadəcə bir məşğuliyyət deyil, həyat tərzimin bir hissəsinə çevrilib. Bəzi insanlar idmana hobbi kimi yanaşır, bu da təbii ki, insanın istəyindən asılıdır. Mənim üçün isə idman etmək, hərəkətdə olmaq, gəzmək gündəlik həyatımın ayrılmaz hissəsidir.
Təkcə idmana deyil, qidalanmama da diqqət yetirirəm. Çünki sağlamlıq hər şeydən önəmlidir. Ən başlıcası isə insan hər kəsə sevgi ilə yanaşmalıdır. Mənim üçün əsas məqsəd çəki atmaq deyil. Xarici görünüşün də qorunması vacibdir. Buna görə də nə qədər çəki vermək lazımdırsa, yalnız o qədər çəki verirəm. Əsas olan sağlam və formada qalmaqdır”.
Şəbnəm












