Azərbaycan–Avropa İttifaqı münasibətləri, enerji təhlükəsizliyi və Cənubi Qafqazda regional sabitlik məsələləri müzakirə edilib.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Hikmət Hacıyev görüş barədə özünün X hesabında paylaşım edib.
Görüşdə Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının hazırkı gündəliyi, əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran sahələr, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.












