İngiltərənin “Çelsi” klubunun səkkiz futbolçusu klubda koronavirusun qeydə alınmasından sonra karantinə yerləşdirilib.
Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Daha əvvəl mətbuatda yayılan xəbərdə qeyd olunurdu ki, “zadəganların” heyətində dörd futbolçu COVID-19-a yoluxub.
Bu futbolçular Fikayo Tomori, Meyson Maunt, Kristian Pulişiç və Tammi Abrahamdır.
Karantinə yerləşdirən digər futbolçular Mişi Batşuai, Jorjinyo, Ross Barkli və Emersondur.
Üstəlik, qeyd olunur ki, səkkiz oyunçudan altısının COVID-19 üçün testi müsbət çıxıb.
Gununsesi.info









