İngiltərənin “Çelsi” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Gununsesi.info-nun məlumatına görə, Premyer Liqa təmsilçisi “Nitsa”nın müdafiəçisi Malanq Sarrı transfer etdiyini açıqlayıb.
London klubunda tibbi müayinədən keçən 21 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə münasibətləri rəsmiləşdirib. “Çelsi” ilə 5 illik müqavilə imzalayan Sarr 2025-ci ilin yayına “zadəganlar”a məxsus olacaq. Ancaq futbolçunun 2020/21 mövsümünü icarə əsasında başqa komandada çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, Malanq Sarr 2016-cı ildən “Nitsa”nın əsas komandasının formasını geyinib.
Gununsesi.info









