Türkiyə Silahlı Qüvvələri iki şəhid verdi

  • Müəllif: admin
  • 29 Avqust 2020 21:43

Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda Türk Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.

Gununsesi.info-nun xəbərinə görə, təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatının üzvləri arasında Türkiyə-İran sərhədində baş verən atışmada iki hərbçi ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin cəhdlərinə rəğmən onların həyatını xilas etmək mümkün olmayıb.

 

 

Gununsesi.info