ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyyə edib

  • By admin
  • 25 Avqust 2021 20:25

ABŞ 14 avqustdan etibarən Əfqanıstandan 88 min nəfəri təxliyyə edib.

Gununsesi. info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi, general-mayor Henk Teylor keçirdiyi brifinqdə deyib.

“Sona qədər təxliyyəni davam etdirəcəyik. Son günlər hərbi resursların çıxarılmasına üstünlük verəcəyik”, – deyə o qeyd edib.

Pentaqon sözçüsü ABŞ-ın mümkün qədər uzun müddət Kabil hava limanında maksimum hərbi varlığını saxlamağa ümid etdiyini vurğulayıb.

Gununsesi. info