ABŞ Dövlət Departamenti: “Ermənistan və Azərbaycanı hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq

  • By admin
  • 31 Avqust 2022 19:25

“Birləşmiş Ştatlar Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu  Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel bildirib.

Əliyevlə Paşinyan arasındakı son görüşə toxunan ABŞ rəsmisi bunları deyib:

“Biz Ermənistan və Azərbaycanı diplomatik əlaqələri fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq. Vaşinqton Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün həmfikir tərəfdaşlarla ikitərəfli əməkdaşlıq edərək Brüssel prosesini dəstəkləyir”.

 

Gununsesi.info