ABŞ Gürcüstanı “xarici agentlər haqqında qanundan” imtina etməyə çağırıb

  • By ilhame
  • 18 Aprel 2024 22:27

Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ilk oxunuşda qəbul etdikdən sonra ABŞ Gürcüstan hökumətinə bu qanun layihəsi ilə əlaqədar “ciddi narahatlığını” bildirməyə davam edib.

 

Gununsesi.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel gündəlik brifinqdə bildirib.

Müxalifətin “Rusiya” qanunu adllandırdığı sənəd qəbul edildiyi təqdirdə Gürcüstan vətəndaşlarının həyatının yaxşılaşdırılması üzərində işləyən vətəndaş cəmiyyəti təşkilatlarına və ölkə vətəndaşlarını məlumatlandıran Gürcüstan KİV-lərinə damğa vura bilər“.

Bu cür qanunvericilik Aİ normalarına və dəyərlərinə uyğun deyil, bu da, şübhəsiz ki, Gürcüstanın bəyan etdiyi məqsədə – Aİ üzvü olmaq məqsədinə mənfi təsir edir“,- deyə Patel qeyd edib.

 

Eyni zamanda o, Gürcüstan məmurları ilə bununla bağlı sonuncu danışıqlara dair əlavə şərh verməkdən çəkinib.

 

Gununsesi.info