ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu azad etməyə çağırıb.
Gununsesi.info-nun xəbərinə görə, bəyanatda bildirilib ki, Qubad İbadoğlunun vəziyyəti pisdir, səhhətində problemlər var: “Odur ki, tez bir zamandan onun azad edilməsinə nail olmaq lazımdır”.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin də “X” platformasındakı hesabında iqtisadçı Qubad İbadoğlunun səhhətindən yazıb.
“Saxlanma yerində şərait dəhşətlidir” yazan Senator bildirir ki, Qubad İbadoğlu kameradan öz ailəsinə yazıb. Həmçinin deyib ki, həbsxanada onun həyatını xilas etmək üçün təcili tədbirlər görülməlidir.
Bu arada Qubad İbadoğlunun ailəsi onun həbsxanada səhhətinin kəskinləşdiyini deyib.
Afət
Gununsesi.info