Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər

  • By admin
  • 08 Yanvar 2022 22:37

Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Tətbiqi Riyaziyyat İnstitutunun alimləri 2095-ci ilin aprelində Yerə yaxınlaşacaq, çəkisi 18 min ton olan asteroid aşkarlayıblar.

Asteroidin diametri təxminən 24 metr, kütləsi isə təxminən 18 min tona yaxındır.

Hazırda Yerlə toqquşma ehtimalı 0,02% təşkil edir. Asteroidə “UL17” adı verilib.

 

Gununsesi.info