Almaniyadan mühüm qanun layihəsi: Bu insanlar ölkədən deportasiya ediləcək

  • By admin
  • 02 Noyabr 2023 09:26

Almaniya Daxili İşlər Nazirliyinin qaçqınların işini asanlaşdırmaq üçün hazırladığı qanun layihəsi Nazirlər Şurasında qəbul edilib.

Gununsesi.info xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Fazer Berlində verdiyi açıqalamda Nazirlər Şurasında mühüm qanun layihəsinin qəbul edildiyini bildirib.

Fazer tənzimləmə ilə sığınacaq istəyənlərin və tolerantlıq sənədi (Duldung) ilə ölkədə yaşayanların əmək bazarına daha erkən və asan girişini təmin etmək istədiklərini ifadə edib.

“Biz Almaniyada yaşayanların potensialından və keyfiyyətlərindən ən yaxşı şəkildə istifadə etmək istəyirik. Bu səbəbdən biz bu insanların mümkün qədər tez işləməsini təmin etməliyik, – deyə nazir bildirib.

Tənzimləmənin Almaniyada qalma perspektivi olanlar üçün keçərli olacağını bildirən Fazer kimliklərini açıqlamaqdan imtina edən sığınacaq axtaranların bu tənzimləmədə yer almayacağı məlumatını paylaşıb.

Qanun layihəsinə görə, ilk qəbul mərkəzlərində olan sığınacaq axtaranlara ən geci 6 ay sonra iş icazəsi, tolerantlıq sertifikatı (Duldung) ilə ölkədə olanlara isə ümumiyyətlə iş icazəsi veriləcək. Qısa müddətdə deportasiya ediləcək insanlar bu tənzimləmədən kənarda qalacaqlar.

Mümkün qədər çox insanın işləməsi üçün həftəlik minimum iş saatı 36 saatdan 20 saata endiriləcək.

Bu tənzimləmədən yararlanmaq istəyənlər alman dilini bilməli, ekstremist təşkilatlarla heç bir əlaqəsi olmamalı və cinayət törətməməlidir.

İnsan alveri cinayətlərinə görə də cəzalar sərtləşdiriləcək.

Buna uyğun olaraq insanların həyatını təhlükəyə atan qaçaqmalçılara ömürlük və ya gələcəkdə 10 ildən 15 ilədək, polis məntəqələrindən qaçma kimi cinayətlərə görə isə 1 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Bundan əlavə, polis və prokurorlara qaçaqmalçılıq cinayətlərinə aydınlıq gətirmək üçün telekommunikasiyalar vasitəsilə əlaqəni kəsmək səlahiyyəti veriləcək.

Qanun layihəsi Bundestaqa göndəriləcək.

Gununsesi.info