İşğaldan azad olunmuş Ağdam şəhərində “VMF” markalı saatlar istehsal edəcək zavod açılacaq.
Gununsesi.info xəbər verir ki, bunu 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən “VMF” saatqayırma fabrikinin sahibi Vahid Mustafayev bildirib.
“Hazırda həyatımdakı ən başlıca arzularımdan birini həyata keçirməklə – Ağdamda saat zavodunun tikintisi məsələləri ilə məşğulam. İşğaldan azad edilmiş torpaqlarımızın inkişafı üçün əlindən gələni edən ilk şəxslərdən biri olmağımla hədsiz qürur duyuram”, – V.Mustafayev deyib.
Qeyd edək ki, V.Mustafayev fəaliyyəti dayandırılmış ANS teleşirkətinin rəhbəridir.
V.Mustafayevin sahibi olduğu ANS telekanalının yayımı 18 iyul 2016-cı il tarixindən dayandırılıb, ANS ÇM radiosunun lisenziyası isə ləğv edilib.
Gununsesi.info