Anti-Rusiya masası YENİDƏN QURULUR

  • By admin
  • 12 İyul 2022 09:15

“Ramşteyn formatı” kimi tanınan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (UDCG) dördüncü iclası iyulun 20-də onlayn rejimdə keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Pentaqonun mətbuat xidməti ABŞ və Ukraynanın müdafiə nazirləri Lloyd Ostin və Aleksey Reznikov arasında telefon danışığı barədə məlumat yayıb.

Qeyd olunub ki, Ostin iyulun 8-də elan edilmiş 400 milyon dollarlıq yeni paket də daxil olmaqla, ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımı barədə yenilənmiş məlumatları Reznikova təqdim edib.

Reznikov Pentaqonun rəhbərinə Ukraynadakı vəziyyətlə bağlı məlumat verib.

Nazirlər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iyulun 20-də keçiriləcək növbəti iclasının gündəliyini müzakirə edib, ABŞ və onun müttəfiqlərinin UDCG formatında Ukraynaya gələcək yardımı barədə fikir mübadiləsi aparıblar.

Məlumatda anti-Putin koalisiyasının üzvlərinin növbəti görüşlərinin virtual rejimdə keçiriləcəyi bildirilir.

Gununsesi.info