Araikin “naziri” etiraf edir: Azərbaycan ordusu burdadır, məhvə məhkumuq

Qarabağda separatçı-terrorçu rejimin qondarma “xarici işlər naziri” David Babayan “arsax”ın məhvə məhkum olduğunu etiraf edib.

Gununsesi.info xəbər verir ki, Babayan Ermənistan və qondarma “arsax”ın çətin vəziyyətdə olduğunu deyib.

HTML tutorial

“Kiçik “ölkələr”, xüsusilə düşmən (Azərbaycan nəzərdə tutulur-red.) qoşunları ilə əhatə olunanlar üçün əsas geosiyasi vəzifə özünü qorumaqdır. Bu olmadan məhvə məhkumdur. Prinsiplərin olmaması “dövləti” və “xalqı” geosiyasi muxtariyyətdən və spesifiklikdən məhrum edir”, – “arsax”ın “dövlət” olduğunu iddia edən Babayan perspektivlərinin olmadığını dilə gətirir”.

Gununsesi.info