Argentina Braziliyanı darmadağın etdi - Video

  • By Admin2
  • 26 Mart 2025 10:12

Argentina və Braziliya milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.

Gununsesi.info xəbər verir ki, Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 14-cü turunda sözügedən komandalar Buenos-Ayresdəki “Mas Monumental” stadionunda üz-üzə gəliblər. Görüşdə Argentina 4:1 hesablı qələbə qazanıb.

Nəticədə Argentina xallarının sayını 31-ə çatdırıb və mundialın əsas mərhələsinə vəsiqəni təmin edib. Braziliya isə 21 xalla 3-cüdür.

Qarşılaşmanın videoicmalını təqdim edirik:

Gununsesi.info